- Hörmətli Həmidə xanım, təcrübəli müəllim tapmırıq, cavanları isə
bu instituta təyin etmək münasib deyil. Sizə söz verirəm ki, müəllim
tapılana kimi şəxsən özüm qızlarımıza ana dilindən dərs deyəcəyəm.
Mən ona təşəkkür edib geri qayıtdım.
Sonradan qızım mənə yazdı ki, şeyx bir neçə dəfə instituta gəlib
onlara ana dili dərsi keçib. Belə bir yüksək vəzifəli şəxsin instituta
gəlməsi hamını heyrətə salıbmış. Sonralar şeyx qızlara dərs demək
üçün yaşlı, təcrübəli bir müəllim göndərib.
Söz ehtiyatı
10
"Söz mücrüsü"ndən izahlara uyğun sözləri seçin.
1. Uyğun, müvafiq, yaraşan.
2. Müsəlmanların dini işlərinə baxan baş
ruhani.
3. Din xadimi.
Nə anladın?
11
Həmidə xanımın Şeyxülislamla görüşünün səbəbi nə idi?
Dinləmə
"Qarabağın dəmir ledisi" mətnini dinləyin və aşağıdakı suallara cavab verin.
1. Həmidə xanım hansı nəsildən idi?
2. Həmidə xanım kimdən təhsil almışdı?
3. Həmidə xanım hansı xeyriyyə işləri ilə məşğul olmuşdu?
4. Həmidə xanım Azərbaycanda təhsilin inkişafı üçün hansı işləri
görmüşdü?
2
"Qarabağın dəmir ledisi" mətnindəki hansı faktlar Həmidə xanım haqqında
xatirələrdə öz əksini tapmışdır?
3
Sizcə, Həmidə xanımı nə üçün "Qarabağın dəmir ledisi" adlandırırdılar?
Oxuduğunuz və dinlədiyiniz mətnlərə istinad edərək fikrinizi əsaslandırın.
4
Oxuduğunuz və dinlədiyiniz mətnlərə istinad edərək aşağıdakı fikirləri əsaslandırın.
• Həmidə xanım öz nəslinin layiqli davamçısı idi.
• Həmidə xanım maarifçi qadın olub.
• Həmidə xanım vətənpərvər idi.
• Həmidə xanım xeyriyyəçi idi.
Danışma
5
Təqdimat. Oxuduğunuz və dinlədiyiniz mətnlərdən əldə
etdiyiniz bilgiləri sinfə
təqdim edin.