Anam danışırdı ki, məclisdəkilərin hamısı bu geyimin haradan olduğunu soruşurdu. Həmidə xanım izah edir ki, bu bizim milli geyimimizdir. Bir zabit heyrət içində ucadan deyir:
Yalnız böyük mədəniyyətə sahib olan xalqın belə zərifvə gözəl qadın geyimi ola bilər.
Həmin karnavalın qalibi Həmidə xanım olur. Karnaval bitənə kimi iştirakçılar bir-bir yaxınlaşıb Azərbaycan, Qarabağ haqqında ona suallar verirlər.
Şeyxülislamla görüş
Qızım Mina Tiflis Qızlar İnstitutunda təhsil alırdı. Bu institutda müxtəlif millətlərdən olan tələbələr başqa elmlərlə yanaşı, həm də öz ana dillərini öyrənirdilər. Müsəlman qızlarına isə ana dili dərsi keçilmirdi. Bu məsələ məni həmişə narahat edirdi.
Birgün müsəlmanların dini lideri şeyxülislamın qəbuluna getdim. Şeyx məni çox hörmətlə qarşıladı. Mən ondan soruşdum:
- Hörmətli şeyx, indiyə qədər niyə bizim qızların ana dili müəllimi yoxdur?
Şeyx təəssüflə cavab verdi: