Söz ehtiyatı
4
"Söz mücrüsü"ndən izahlara uyğun sözləri seçib oxuyun.
1. Birinə məxsus ev və torpaq sahəsi.
2. Vəfat edərkən bir şəxsin yaxınlarına
verdiyi tapşırıq, son sözü.
3. Həyat, təbiət və cəmiyyət haqqında
bilik və düşüncələr.
4. Nəvənin övladı.
Nə anladın?
5
Mətnə əsasən cümlələri tamamlayın.
1. Atam yaxşı təhsil almışdı, ona görə
də ...
2. Mən məktəbə getmirdim, çünki...
3. Atam deyirdi ki, çalış, hər işi özün
gör, çünki...
Düşün və cavab ver
6
Mətnə istinad etməklə aşağıdakı fikirləri əsaslandırın.
1. Təhsil insanın dünyagörüşünün
formalaşmasında böyük rol oynayır.
2. Oğlanlar və qızlar eyni hüquqlu
olmalıdırlar.
3. Övlad valideynlərinin davamçısıdır.
II qrup
Brest xatirələrindən
(Həmidə xanımın qızı Mina xanımın xatirələrindən)
Ailəmiz müəyyən müddət Belarusda, Brest vilayətində yaşayıb. Anam
danışırdı ki,Brestdə yaşayarkən müxtəlif xalqların nümayandələri
tez-tez bir araya gələr, ünsiyyət qurardılar. Bir gün qərara alınır
ki, karnaval keçirilsin. Hər kəs bura maraqlı kostyumda gəlsin.
Xanımlar nə geyinsinlər deyə əl-ayağa düşürlər. Hamı yeni paltar
sifariş verir. Anam müxtəlif rəngli parçalar aldırır. Dərziyə
Azərbaycan milli geyimini anladır. Qarabağ qadın geyimi üslubunda
paltar sifariş edir. Həmidə xanım bu geyimdə salona daxil olanda hər
kəs yerində donub qalır. Hamının nəzəri ona doğru yönəlir. Bir
anlığa söhbətlər dayanır, hər kəs duruxub bu gözəlliyə tamaşa edir.