Atam Peterburqda təhsil almşdı. Geniş dünyagörüşünə sahib idi. Elə bu səbəbdən də qardaşımla mənə yaxşı təhsil verməyə çalışırdı. O dövrdə oğlanlar və qızlar bir məktəbdə oxuya bilməzdilər. Ona görə də mənim təlim-tərbiyəmlə şəxsən atam özü evdə məşğul olardı.
Kənddə oğlanlar və qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi. Mən bu vəsiyyəti 1912-ci ildə yerinə yetirdim. Anadan olduğum Kəhrizli kəndində məktəb açdım və burada dərs dedim.
Atam mənə əkin-biçin işlərini də öyrədirdi. O, həmişə deyirdi:
- Özünü hər cür zəhmətə alışdır. Çalış, hər işi özün gör. Vaxt gələcək, bütün insanlar bərabər olacaq və heç kəs sənə nökərçilik etməyəcək.
Atamın dedikləri həqiqət oldu. Onun vəfatından sonra Qarabağdakı mülklərimizi özüm idarə edirdim.