Arı pətəyində bütün şanlar eyni boyda olur. Yalnız
pətəyin kənarında daha iri şanlar görmək mümkündür. Bu, gələcəyin ana və ata arıları üçün
düzəldilmiş
şanlardır. Ailə üzvləri bu arıları daha çox yemləyirlər.
Nəticədə onlar başqa arılardan daha böyük olurlar,
ona görə də adi şanlara sığmırlar. Maraqlıdır ki, arılar
heç bir xətkeşdən istifadə etmədən, kağız üzərində
hesablama aparmadan şanların ölçülərini düzgün
müəyyənləşdirirlər.
Şanı düzəltmək üçün arıların istifadə etdiyi "tikinti
material"ının adı mumdur. Cavan arıların qarnı altında
mum ifraz edən vəzlər olur. Ancaq arılar çox az miqdarda pətək
mum ifraz edirlər. Ona görə də bu materialı qənaətlə
işlədirlər. Şanların divarları çox nazik, amma möhkəm olur. Cəmi 20 qram mumdan
düzəldilmiş şanlarda bir kiloqram bal saxlanılır.
Söz mücrüsü
sürfə • mükəmməl • pətək
•
şan • mum
Söz ehtiyatı
9
Nöqtələrin yerinə "Söz mücrüsü"ndən uyğun sözləri işlətməklə cümlələri oxuyun.
1. Arıların pətəkdə mumdan düzəltdikləri gözcüklər... adlanır.
2. Bir-birinə bitişik xırda gözcüklərdən ibarət arı yuvası...
adlanır.
3. Arıların şan düzəltmək üçün istifadə etdikləri maddə ...
adlanır.
4. Həşəratların ilk inkişaf mərhələlərindən biri... adlanır.
Danışma
Təqdimat. Oxuduğunuz mətndən və digər mənbələrdən "Memar
canlılar"
mövzusunda əldə etdiyiniz bilgiləri sinfə təqdim edin.
Təlimat
1. Təqdimat üçün şəkillərdən, videomateriallardan istifadə edin.
2. Mövzunuzla bağlı yeni sözlərin izahını verin.
3. Bilgilərin mənimsənildiyini yoxlamaq məqsədilə dinləyicilər üçün
əvvəlcədən suallar hazırlayın.
2
Müzakirə. Canlıların memarlıq bacarıqlarını müqayisə edin, onların oxşar və fərqli
xüsusiyyətlərini müəyyənləşdirin.