Qunduzlar yuvalarından meşənin içinə doğru lağımlar atırlar. Yüz metrə qədər uzanan bu lağımlar onların qidalanması üçün yararlı olan ağacların yanına çıxır. Bu tunellər vasitəsilə qida anbarlara daşınır.
Hörümçəyin qarnının altında xüsusi vəzilər var. Bu vəzlərin
içində yapışqan maddə olur. Lap saqqız kimi. Təsəvvür edin
ki, saqqızı divara yapışdırıb bir ucundan dartırsınız.
Görəcəksiniz ki, o, nazik bir sapa çevrilir. Hörümçək torunun
ipləri də belə əmələ gəlir.
Bəzən havadan asılmış hörümçək görmək olar. Adama elə gəlir ki, o uçur. Əslində isə, hörümçək öz ipinin bir ucunu tavana bərkidir və ondan asılı qalır. Sadəcə, hörümçək torunun ipi o qədər nazikdir ki, onu çox zaman gözlə görmək olmur.