3
"Söz mücrüsü"ndən istifadə etməklə aşağıdakı şəkilləri adlandırın.
Nə anladın?
4
80-ci səhifədəki illüstrasiyada təsvir olunan hansı quş əsərin qəhrəmanıdır?
Mətnə istinad edərək fikrinizi əsaslandırın.
5
Cümlələri mətndəki hadisələrin ardıcıllığına uyğun sıralamaqla oxuyun.
A Ördək balası ana və uşaqlardan canını güclə qurtardı.
B Göldəki qu quşları ördək balasını mehriban
qarşıladılar.
C Yeni dünyaya gələn ördək balalarından biri o
birilərinə oxşamırdı.
Ç Ördək balası toyuq və pişiyin xoşuna
gəlmədi.
Ç Ördək balası yaşadığı həyətdən qaçmaq qərarına
gəldi.
Düşün və cavab ver
Oxuduğunuz əsərin adına diqqət edin. Sizcə, əsərin qəhrəmanı doğrudanmı
ördək balasıdır?
2
Sizcə, necə olub ki, qu quşunun yumurtası ördəyin yuvasına düşüb? Verilmiş
şəkillərə uyğun hekayə qurun və mətnin giriş hissəsini genişləndirərək nəql edin.