Yaz gələndə ördəkciyəz qanad çalıb uçdu. Artıq qanadları bərkimişdi. Uçub gözəl bir gölün kənarında yerə qondu. Birdən göldəki qamışlıqdan üç dənə gözəl qu quşu çıxdı. Ördəkcik qərara gəldi ki, onların yanına getsin. Fikirləşdi:
"Yəqin ki, çirkin olduğuma görə onlar da məni dimdikləyəcəklər. Nə etmək olar. Demək, bəxtim belə imiş".
Bunu fikirləşib qu quşlarına tərəf üzməyə başladı. Onlar da ördəkciyi görcək ona tərəf üzdülər.
Ördəkciyəz başını aşağı əyib utancaq halda dayandı. Birdən ayna kimi təmiz suda nə görsə yaxşıdır? O artıq çirkin ördəkciyəz deyildi, indi ağappaq qu quşu olmuşdu. Qu quşları onun ətrafında üzür, dimdikləri ilə onu tumarlayırdılar.