Sözlər müəyyən məna ifadə edir. Mənanı daha dəqiq ifadə etmək
üçün iki və daha artıq sözdən istifadə olunur. Buna
söz birləşməsi deyilir.
Cümlədən fərqli olaraq, söz birləşməsi bitkin fikir ifadə etmir.
Söz | Söz birləşməsi | Cümlə |
direktor | məktəb direktoru | Əmim məktəb direktorudur. |
yazmaq | dosta məktub yazmaq | Gülsüm dostuna məktub yazdı. |