Meşələrlə örtülü uca dağın zirvəsində qoca bir palıd ağacı vardı. O, yüzillər idi ki,
burada məskən salmışdı. Qar yağanda birinci onun başına yağırdı, əsən küləyə
birinci o sinə gərirdi. Özünü meşənin qoruyucusu sayırdı. Bu meşədə elə ağaclar
vardı ki, onları lap körpəlikdən tanıyırdı. Elə heyvanlar, quşlar vardı ki, onların ulu
babalarını görmüşdü...
Meşəyə cürbəcür adamlar gəlirdilər. Bəziləri xeyirxah idi. Gəlib göbələk, moruq
yığır, talada dincəlib gedirdilər. Amma elə adamlar da vardı ki, tonqal qalayır,
ağacları sındırır, meşə heyvanlarına güllə atırdılar. Qoca palıd onları sevmirdi.
Son vaxtlar meşəyə tez-tez üç nəfər gəlirdi. Heç nəyi qırmır, incitmir, ancaq
quşlara tamaşa edir, quş yuvalarına baxır, dəftərlərində nə isə qeyd edirdilər.
Yuvalarda quş balalarının yumurtadan çıxan vaxtı idi. Sübh
tezdən qoca palıd bir də gözünü açıb gördü ki, meşə adamla
doludur. Həmin üç nəfər də bunların arasında idi. Adamlar
torla quşları tutur, onların yuvalarını balaları ilə birlikdə
götürüb maşınlara yığırdılar. Əsl qarət idi. Adamlar işlərini
bitirdikdən sonra maşınlara oturub meşədən uzaqlaşdılar.
Qoca palıd çox qəzəblənmişdi. Axı onun azad quşları
doğma meşəsiz necə yaşayacaqlar?..
Bir neçə ay keçdi. Bir gün səhər qoca palıd tanış bir
səsə yuxudan oyandı. Bu, cavan ağacdələn idi. Adamlar
onu da aparmışdılar. İndi isə o, əvvəllər olduğu kimi, qoca
palıdın gövdəsində oturub quyruq lələklərini gövdəyə
dirəmişdi və dimdiyi ilə ağacın qabığını dəlirdi.
Qoca palıd
ağacdələnin bu hərəkətindən heç vaxt incimirdi,
1
,
xoşu
gəlirdi, sanki canı rahatlanırdı.
Qoca palıd heyrətlə:
- Sən o quldurların əlindən necə qaçdın? - deyə soruşdu.
- Mən qaçmamışam. Onlar özləri məni buraxıblar.
2 məni yox, bütün quşları azadlığa buraxdılar.