Müasir minik avtomobilləri həm texniki göstəricilərinə, həm də banın tipinə görə birbirindən çox fərqlənir. Hər ban tipinin öz adı var: sedan, kupe, kabriolet və s.
Hər bir avtomobilin ən mühüm göstəricilərindən biri onun sürətidir. Ona görə də ilk avtomobillər yaranandan bəri onların arasında yarışlar keçirilir. İlk avtomobil yarışı 1894-cü ildə Fransada baş tutmuşdur.
Avtomobilin mühərrikində benzinin yanması nəticəsində qaz əmələ gəlir. Mühərrik bu qazın yaratdığı təzyiq nəticəsində hərəkət edir. Yanmış qazlar sonradan havaya atılır. Bu isə ətraf mühitə ciddi ziyan vurur. Bunun qarşısını almaq üçün mühəndislər elektromobillər hazırlayırlar. Elektromobillərdə benzindən istifadə olunmur.Bu avtomobillərə xüsusi batareyalar quraşdırılır.Maşın onlarda yığılan enerjinin