Yazı
Nöqtələrin yerinə uyğun şəxs əvəzliklərini işlətməklə cümlələri
oxuyun.
mən, sən, o, biz, siz, onlar
1..... dünənki tədbirdə çox gözəl çıxış
etdiniz.
2..... çalışmalıyıq ki, Azərbaycan güclü
bir dövlət olsun.
3.... mənim sinif yoldaşımdır.
4.... yarışda qalib gəldilər.
5.... bilmədiklərini müəllimdən
soruş.
6.... yayı kənddə keçirəcəyəm.
2
Hansı cümlələrdə o, bu əvəzlikləri
hansı? sualına cavab verir?
1. O dövrdə
avtomobilə maraq az idi.
2. Mercedes modelini də
o sifariş etmişdi.
3.
Bu, müasir tipli avtomobillərin ilk
nümunəsi idi.
4.
Bu avtomobilin qiyməti ucuz, keyfiyyəti
isə yüksək idi.
Bunları bilməliyik
İŞARƏ ƏVƏZLİKLƏRİ
Varlığı işarə etmək üçün o, bu, elə, belə, həmin sözlərindən
istifadə olunur. Bu sözlər işarə əvəzlikləridir. Onlar necə?
hansı? suallarına cavab verirlər. Məsələn:
O tapşırıq çox çətindir.
Bu çantanı yerinə qoy.
Elə, belə
sözləri həm ad, həm də hərəkət bildirən sözlərə aid olur.
Məsələn:
Elə danış ki, hamı səni maraqla
dinləsin. Kitabda elə məsələ var ki,
başa düşmürəm.
3
İşarə əvəzliklərini tapın və izah edin.
1. Belə dostdan kim inciyər?
2. Məktubu elə yazmışam ki, o hər şeyi başa düşəcək.
3. Mən həmin adamı tanımıram.
4. O qız bizim küçədə yaşayır
4
Nöqtələrin yerinə işarə əvəzliyi yazmaqla cümlələri köçürün.
1. Uşaqlar... adamları görərkən özlərini itirdilər
2.... avtobus bizim kəndə gedir.
3. Əsərin ... sonluğu hamını təəccübləndirdi.
4.... gecə bərk şaxta oldu.