Yazı
Hansı cümlələrdə hərəkət bildirən sözlər keçmiş zamanda işlənib?
1. Təkər bu gün çox sadə bir əşya kimi
görünür.
2. Lövhələrin mərkəzində deşik açaraq
ona ox bərkitdilər.
3. Dairəvi əşya üzərində yük daşımaq
daha rahatdır.
4. Gəmilər və təyyarələr də təkər
vasitəsilə hərəkətə gəlir.
5. Təkərin ixtirasından sonra elm və
texnika çox güclü inkişaf etdi.
2
Cümlələri köçürün, nöqtələrin yerinə uyğun gələn şəkilçiləri yazın.
1. Yazda havalar istiləş..., ağaclar
çiçək aç...
(-ır, -ir, -ur, -ür)
2. Sabah hava günəşli ol...
(-acaq, -əcək)
3. Müəllim yeni dərsi izah et...
(-dı, -di, -du, -dü)
3
Hansı cümlədə feil "nə?" sualına da cavab verə bilər?
A Bilməmək eyib
deyil, öyrənməmək eyibdir.
B Biz bir
müddət parkda gəzdik.
Bunları bilməliyik
FEİLİN MƏSDƏR FORMASI
Nə etmək? sualına cavab verən feillər məsdər adlanır. Məsələn: baxmaq, bilmək.
Məsdər hərəkətin adını bildirir. O, isim kimi hal və mənsubiyyət şəkilçiləri qəbul
edə bilir: oxumağın vacibliyi, yazmağı öyrənmək, mənim yazmağım və s.
Lüğətlərdə feillər məsdər formasında verilir.
4
Cümlələrdən feilləri seçib məsdər şəklində yazın.
1. Güclü yağışdan sonra buludlar dağılmışdı.
2. Mən kitablardan çox şey öyrənirəm.
3. Bu ərazidəyeni evlər tikiləcək.
4. Birdən güclü külək başladı.
5. Körpə artıq yuxudan ayılmışdı.
5
Nöqtələrin yerinə uyğun şəkilçilər əlavə etməklə cümlələri köçürün.
1. Onun pianoda çal... hamının xoşuna gəldi.
2. Hava yağışlı olduğu üçün bağçanı sula... ehtiyac yox idi.
3. Mən bura oxu... gəlmişəm.
4. Uşaqlar rəqs et... başladılar.
5. Atam piyada gəz... çox sevir.