Söz ehtiyatı
2
Nöqtələrin yerinə ixtira və ya kəşf sözlərindən birini
artırmaqla cümlələri köçürün.
1. Alimlər yeni neft yataqları...
etdilər.
2. Televizor radiodan sonra ...
olunub.
3. Avtomobili almanlar...
ediblər.
4. Amerikanı Xristofor Kolumb ...
edib.
Yadda saxla
ixtira - indiyə kimi mövcud olmayan
yeni bir şey yaratma; icad,
kəşf - əvvəllər məlum olmayan bir
şeyi tapıb meydana çıxarma, aşkar etmə.
Düşün və cavab ver
3
Sizcə, müəllif bu mətndə oxucuya hansı fikirləri çatdırmaq
istəyib?
Üç əsas fikri seçin.
1. Təkər çox qədimdə ixtira olunub.
2. Qədim təkərlər ağacdan, daşdan
idi.
3. Təkər minillər boyu böyük inkişaf
yolu keçib.
4. Qədimdə istifadə olunan döyüş
arabaları gözəlliyi ilə diqqəti cəlb edir.
5. Təkər bir çox ixtiralara yol açıb.
6. Hava ilə doldurulan avtomobil
şinlərini Danlop ixtira edib.
4
Aşağıdakı şəkillərdən istifadə edərək mətnin sonuncu hissəsini
("Təkər icad olunmasaydı...") genişləndirib nəql edin.