Təkər nə üçün istifadə edilirdi?
Qədimdə təkərləri ağacdan, gildən, daşdan düzəldirdilər. Taxta təkərlərdən arabalar düzəldib yükdaşımada, gəzintidə, hərbi yürüşlərdə istifadə edirdilər.
Qədimdə istifadə olunan döyüş arabaları bu gün də gözəlliyi və konstruksiyasının mükəmməlliyi ilə heyran edir.
Zaman keçdikcə təkər inkişaf etdi. Onun quruluşu dəyişdi. Təkərin istehsalı üçün daha davamlı və rahat materiallardan istifadə etməyə başladılar.
Hazırda avtomobillərdə istifadə olunan rezin təkərləri - hava ilə doldurulan şinləri isveçli baytar Con Boyd Danlop ixtira edib
Bu gün avtomobil şinlərinin istehsalı üzrə ən məşhur markalardan biri Danlopun adını daşıyır.
Təkər icad olunmasaydı...
Təkərin ixtirasından sonra elm və texnika çox güclü inkişaf etdi. Təkər ixtira olunmasaydı, nə su dəyirmanları meydana çıxar, nə də elektrik enerjisi əldə edilərdi. İstənilən mexaniki saatın içində onun əqrəblərini hərəkətə gətirən kiçik təkərciklər var.
Beləliklə, demək olar ki, təkərin ixtirası sonradan bir çox elmi və texnoloji yeniliklərə yol açdı. Ona görə də təkəri dünya tarixində ən mühüm ixtiralardan biri saymaq olar.