1
Nöqtələrin yerinə mötərizədə verilmiş isimləri yazaraq cümlələri
tamamlayın.
Həmin sözün ismin hansı halında işləndiyini yazın.
1. Bu ... fərqli üslubda çəkmisən,
(rəsm)
2. Müəllim ... yeni mövzunu izah etdi,
(şagird)
3.... yarpaqları artıq saralmışdı.
(ağac)
4.... gənc rəssamların tabloları nümayiş
etdirilirdi, (sərgi)
5. Komandamız ... qələbə ilə qayıtdı.
(yarış)
2
Nöqtələrin yerinə uyğun sözləri əlavə edin.
mənim, sənin, onun, bizim, sizin, onların
... papağı, ... dərsimiz,... dəftərim, ... mükafatınız, ... boşqabın,... kitabları
3
Verilmiş sifətləri azaltma dərəcəsində işlədərək cümlələri tamamlayın.
1. Bizim bağın alçaları... olur. (turş, tumturş, kəmturş)
2. Əynindəki... paltar Zümrüdə çox yaraşırdı. (sarımtıl, tünd-sarı,
sapsarı)
3. Rəngsaz pəncərənin kənarlarına ... naxışlar çəkdi. (bomboz, bozumtul,
boz)
4. Anam dolmaları... formada bükür. (uzun, upuzun, uzunsov)
4
Verilmiş cümlələrdə zərflərin məna növünü müəyyən edin.
1 Maşın sürətlə gedirdi.
2 Qatar stansiyaya yenicə çatmışdı.
3 Muzey yaxınlıqda yerləşir.
4 Sürəyya xeyli güldü.
A hərəkətin yeri
B hərəkətin əlaməti
C hərəkətin miqdarı
Ç hərəkətin zamanı
5
Feilə uyğun gələn zərfi seçib cümləni oxuyun.
1. O, bərkdən / cəld qalxıb yerində oturdu.
2. Mən sakitcə / birdən-birə ona baxırdım.
3. Şahin səhvən / çoxdan birinci sırada oturdu.
4. Birdən qapı açıldı, iki nəfər xeyli / yavaşca içəri girdi.