Yazı
Hansı cümlələrdə fərqləndirilmiş sözlər hərəkəti izah edir?
1. Gözəl
vətən, can vətən,
Hər gün ucalan vətən. (Teymur Elçin)
2. Quşlar, quşlar nə gözəl oxuyur,
Bəh-bəh, bəh-bəh nə gözəl oxuyur. (Zeynal Cabbarzadə)
3. Mən bu gün yaxşı
qiymət almışam.
4. Cahid dərsi yaxşı danışdı.
Bunları bilməliyik
ZƏRF
Hərəkətin əlamətini, zamanını, yerini, miqdarını bildirən sözlər zərf adlanır:
həmişə, geri, aşağı, xeyli, tez və s. Zərflər hər zaman feilə aid olur:
Səid güclə danışırdı; Cəmil tez anasını
çağırdı.
2
Cümlələrdə zərfləri müəyyən edin.
1. Qələbə xəbərini hamı səbirsizliklə gözləyirdi.
2. Çayın suyu bir qədər artmışdı.
3. Qonaqlar salamlaşıb içəri keçdilər.
4. Hərdən göy gurultusu eşidilirdi.
Müxtəlif nitq hissələrinə (isim, sifət, say) aid bir sıra sözlər var ki, hərəkətə aid
olduqda zərf kimi çıxış edir: bərk material, bərk sıxmaq.
3
Hansı cümlələrdə fərqləndirilmiş sözlər zərf kimi işlənib?
1. Şəhərə gündüz
çatdıq.
2. Çətin günlər arxada qaldı.
3. Fəridə düzgün cavabı tapdı.
1. Yayda gündüz gecədən uzun olur.
2. İmtahanımız çətin keçdi.
3. Həmişə düzgün danışmaq lazımdır.
4
Hansı cümlələrdə fərqləndirilmiş sözlər zərfdir?
1. Kitabxanaya xeyli kitab gətirdilər.
Dostlar birlikdə xeyli əyləndilər.
2. Az vaxtda tapşırıqları yerinə yetirdik.
Keçən il bağlarda məhsul baz oldu.
3. Meydana çox adam toplaşmışdı.
Müəllimin sözləri məni çox düşündürdü.