Söz mücrüsü
heyət •redaktor
•
rubrika
•məqalə
•
dizayner
• müsahibə
Yubiley
QADIN VOLEYBOLÇULARIMIZ
Bu il qadınlardan ibarət “Azərreyl” voleybol klubunun Avropa
kubokunu qazanmasının 20 ili tamam olur. Komanda 2002-ci ildə
ardıcıl qələbələrdən sonra Bakıda təşkil olunmuş final
oyununda rəqiblərinə qalib gələrək bu titula yiyələnib.
İdman tariximizdən
Zemfira Meftahətdinova
Azərbaycanın stend atıcısıdır. O, 2000-ci il Sidney
Olimpiadasının qızıl, 2004 Afina Olimpiadasının isə bürünc
medalını qazanıb. O, bir neçə dəfə Avropa çempionu olmuşdur.
Azərbaycanın karate ustası
Rafael Ağayev 5 dəfə dünya, 11
dəfə Avropa çempionu olmuşdur. Bu uğurlarına görə ona “dünya
karatesinin brilyantı” deyirlər. Hazırda Rafael Azərbaycan
gənclərinə əlbəyaxa döyüş sənətinin sirlərini öyrədir.
Qəzetin yaradıcı heyəti:
Redaktor: Səbinə Qasımova
Dizayner: Rauf Oruclu
Müxbirlər: Mədinə Qafarlı, Əli Piriyev
Söz ehtiyatı
2
"Söz mücrüsü"ndəki uyğun sözləri əlavə edib cümlələri
tamamlayın.
1. ... jurnalın nəşrinə razılıq verdi.
2. Komissiyanın ... dəyişiklik edildi.
3. .... qəzetin tərtibat işlərini
tamamladı.
4. Rəsul mövzuya uyğun ... yazdı.
5. Divar qəzetinin müxtəlif ... var.
Nə anladın?
3
Qəzetlə bağlı suallara cavab
verin.
1. Qəzetin adı nədir?
2. Qəzetin bu nömrəsi hansı
mövzuya həsr olunmuşdur?
3. Qəzetdə hansı rubrikalar var?
4. Qəzetdə hansı idmançılar
haqqında məlumat aldınız?
4
Qəzetdə təqdim edilmiş
müsahibəyə diqqət edin. Siz
müxbir olsaydınız, müsahibinizə daha hansı sualları
verərdiniz?
Araşdırma
5
Qəzetdə verilmiş hansı
bilgi diqqətinizi daha
çox cəlb etdi?
Həmin məlumatla bağlı
araşdırma aparın və təqdimat
hazırlayın.