Yazı
Əlamət bildirən sözlərə əsasən varlığın adını tapın.
1 sarı, oval, turş
2 ağ, soyuq, yumşaq
2 yaşıl, yumru, turş
A alça
B limon
C qar
Bunları bilməliyik
SİFƏT
Varlığın əlamətini və keyfiyyətini bildirən sözlər sifət adlanır.Sifət
necə?, nə cür?,
hansı? suallarına cavab verir.
Əlamət varlığın görünüşü ilə bağlıdır. |
yaşıl, böyük, dairəvi, arıq |
Keyfiyyəti gözlə görmək mümkün deyil. |
ağıllı, cəsur, xeyirxah |
2
Nöqtələrin yerinə əlamət bildirən sifətlər seçib yazmaqla cümlələri tamamlayın.
1. Tural kitabxanadan ... kitab götürmüşdü. (maraqlı/qalın)
2. Anama bir dəstə ... gül aldım. (ətirli/qırmızı)
3. Nənəm hazırladığı... yastıqları divanın üzərinə düzdü. (yumşaq/dördkünc)
4. Sinif yoldaşım Samir... oğlandır. (xeyirxah/yaraşıqlı)
3
İkinci maşını birincidən fərqləndirmək üçün hansı sözdən istifadə edərdiniz?
Bunları bilməliyik
SİFƏTİN MÜQAYİSƏ DƏRƏCƏLƏRİ
Bəzi sifətlər varlığın əlamətinin az və ya çox olduğunu ifadə edə bilər.
Adi dərəcə |
Azaltma dərəcəsi |
Çoxaltma dərəcəsi
|
sarı |
sarımtıl, açıq-sarı |
sapsarı, tünd-sarı |
2
Çoxaltma dərəcəsində olan sifətləri seçib cümlələri tamamlayın.
1. İndicə təndirdən çıxan çörəklər... və dadlı idi. (yumşaq/yupyumşaq)
2. Evin pəncərələri... rənglə boyanmışdı.(tünd-yaşıl/yaşıl/açıq-yaşıl)
3. Murad qara kostyumla ... köynək geyinmişdi.(ağ/ağımtıl/ağappaq)
4. Bu gün aldığın alçalar... idi. (turş/tumturş/turştəhər)