"Olimpiya oyunlarının tarixindən" mətnini dinləyin.
Mətnə əsasən fikirlərin düzgün, yoxsa yanlış olduğunu müəyyən
edin.
1. Olimpiya oyunları ilk dəfə
Yunanıstanda keçirilib.
2. İlk Olimpiya oyunları 8 gün
keçirilib.
3. Müasir dövrdə olimpiadalar 4 ildən
bir keçirilir.
4. Qədimdə qaliblərə qızıl, gümüş,
bürünc medallar verirdilər.
2
Mətnin məzmununa əsasən suallara cavab verin.
1. Nə üçün Olimpiya oyunları sülhün
rəmzi hesab edilir?
2. Nəyə görə sonralar Olimpiya
oyunlarının keçirilmə müddəti uzadılıb?
3. Nə üçün Olimpiya halqalarında məhz
göy, sarı, qara, yaşıl və qırmızı rənglərdən istifadə edilib?
3
Şəkillərdə hansı Olimpiya simvolları təsvir edilmişdir? Dinləmə mətninə əsasən
məlumatların hansı Olimpiya simvoluna aid olduğunu müəyyən edin.
• Dünyanın bütün ölkələrini əhatə etdiyini bildirir.
• Müxtəlif idman növləri üzrə yarışların keçirildiyini ifadə
edir.
• Qaliblərin zeytun budaqlarından hörülmüş çələnglə
mükafatlandırıldığını bildirir.
• Olimpiya oyunlarının vətəninin Yunanıstan olduğuna işarə edir.
4
Debat. Sizcə, yarışlarda qələbə qazanmaq vacibdir, yoxsa iştirak
etmək kifayətdir?
Bu mövzuda esse yazın.