Söz ehtiyatı
2
Nöqtələrin yerinə "Söz mücrüsü"ndən uyğun ifadələri əlavə edib
cümlələri tamamlayın.
1. Təyyarələr düşmən üzərinə ... .
2. Futbol ... səsi bütün stadionu
bürümüşdü.
3. Sonuncu məğlubiyyətdən sonra
komandamız lap ... ... .
4. Şəhərin gözəlliyi
turistləri... ... .
Nə anladın?
3
Mətnlə bağlı suallara cavab verin.
1. Ade doğulduğu yer haqqında nə
xatırlayırdı?
2. Ade nə üçün əvvəllər heç vaxt futbol
oynamamışdı?
3. Hansı hadisələr onun həyatında
dəyişikliklərə səbəb oldu?
4. Adenin ən böyük arzusu nə idi?
Düşün və cavab ver
4
Mətndə hansı epizodlar Adeyə aid aşağıdakı xüsusiyyətləri əks
etdirir?
iradəli
nizam-intizamlı
məqsədyönlü
5
Müzakirə. Atasının Adeyə
verdiyi məsləhətinə münasibət bildirin. Fikrinizi əsaslandırın.
6
Qeydlər götürməklə Ade Adepitan haqqında mətni dinləyin. Suallara
cavab verin.
• Hansı məlumatlar
"Xatirələrim" mətnində öz əksini tapıb?
• Ade Adepitan haqqında daha
hansı məlumatları aldınız?
7
Götürdüyünüz qeydləri əlavə etməklə "Xatirələrim" mətnini
genişləndirib danışın.
8
Esse yazaraq atasının Adeyə verdiyi məsləhətə öz münasibətinizi
bildirin. Arqumentlər gətirməklə fikrinizi izah edin.
Məğlubiyyət insanı ruhdan salır, yoxsa yeni qələbələr üçün təkan
verir?