Yazı
Şəkillərin məzmununa uyğun olaraq cümlələri tamamlayın.
Müəllim kitabı Lalə... verdi.
Rəsul kitab... rəf... götürdü.
Nənə kreslo... əyləşib.
Bunları bilməliyik
İSMİN HALLARI
Cümlədə isimlər başqa sözlərin tələbi ilə müvafiq hal
şəkilçiləri qəbul edir. Buna ismin hallanması deyilir. İsmin 6
halı var.
Halların adı |
Şəkilçilər |
Nümunələr |
Adlıq |
yoxdur |
idman |
Yiyəlik |
-ın2 |
idmanın |
Yönlük |
-a2 |
idmana |
Təsirlik |
-ı2 |
idmanı |
Yerlik |
-da2 |
idmanda |
Çıxışlıq |
-dan2 |
idmandan |
2
Sualların yerinə həkim sözünü uyğun şəkildə dəyişib cümlələri
köçürün.
1. Xəstələri (kim?) müalicə edir.
2. Xəstə (kimin?) otağına daxil
oldu.
3. Xəstə (kimə?) müraciət etdi.
4. Xəstə (kimi?) çağırdı.
5. Analizin cavabları (kimdə?)
qalıb.
6. Xəstəliyin səbəbini (kimdən?)
soruş.
3
Qruplarla iş. Aşağıdakı isimləri
hallandırıb cümlədə işlədin.
I qrup: külək, arı, qayıq
II qrup: çiçək, gəmi, balıq
III qrup: çörək, xalça, bıçaq
IV qrup: inək, quyu, bulaq
4
Nöqtələrin yerinə uyğun sözləri əlavə edin.
mənim, sənin, onun, bizim, sizin, onların
... kitabım, ... kölgəsi, ... məktəbimiz,... dostunuz, ... pencəyin ... dostları
Bunları bilməliyik
MƏNSUBİYYƏT ŞƏKİLÇİLƏRİ
Mənsubiyyət şəkilçiləri
varlığın kimə, nəyə aid
olduğunu bildirir.
Mənim dəftərim
Sənin dəftərin
Onun dəftəri
Bizim dəftərimiz
Sizin dəftəriniz
Onların dəftəri
5
Qruplarla iş. Aşağıdakı isimləri mənsubiyyətə görə dəyişdirin.
I qrup: ürək, baba, qulaq
II qrup: köynək, nənə, çıraq
III qrup: ləçək, ana, daraq
IV qrup: əlcək, əmi, papaq