"Futbol" mətnini dinləyin. Aşağıdakı suallara cavab tapmaq məqsədilə qeydlər
götürün.
Söz ehtiyatı
2
"Futbol" mətninə aid "Söz mücrüsü"ndən uyğun sözləri yazmaqla
cümlələri tamamlayın.
1. Bizim ... çıxış yolumuz mübarizə
aparmaqdır.
2. Oyun çoxlu adamın iştirakı ilə,
yəni... şəkildə keçirildi.
3. Olimpiya oyunlarının yaranma ...
bilirsinizmi?
4. Kral futbol oyununu keçirməyi...
etdi.
Söz mücrüsü
tarixçə • kütləvi
• yasaq
• yeganə
3
Dinləmə mətninə istinad edərək cümlələri tamamlayın.
1. Əvvəllər futbol oyununun xüsusi
qaydaları yox idi, ona görə də ...
2. Qaydaların olmaması mübahisələrin
yaranmasına səbəb olurdu, ona görə də ...
3. Futbolun yaranma tarixi 1863-cü il
hesab olunur, çünki...
4
Nə üçün Kembric Universitetinin tələbələrinin tərtib etdikləri
qaydalar mükəmməl hesab edilmirdi?
5
Müzakirə. Kral VIII Henrixin qərarına
münasibət bildirin. Sizcə, kral futbol oyununu qadağan etməkdə
haqlı idimi? Dinləmə mətnindəki məlumatlara istinad edərək
fikrinizi əsaslandırın.
6
Aşağıdakı mövzu üzrə esse yazaraq öz mövqeyinizi bildirin.
Arqumentlər gətirməklə fikrinizi izah edin.
Oyunlarda qaydaların olması mütləqdirmi?
Giriş |
Əsas hissə |
Sonluq |
Mövzu ilə bağlı mövqeyiniz:
Doğrudanmı hər bir oyun
müəyyən qaydalar əsasında
keçirilməlidir.
|
Mövqeyin əsaslandırılması:
Oyunlar haqqında bilgilərə
istinad edərək fikrinizi
əsaslandırın.
|
Bilgilərin
ümumiləşdirilməsi:
"Həqiqətən də", "beləliklə"
kimi sözlərdən istifadə edərək
fikrinizi ümumiləşdirin.
|