Oyunun mahiyyəti
Oyun hər biri beş nəfərdən ibarət iki komanda arasında keçirilir. Oyun dörd hissədən ibarət olur. Hər hissə 10 dəqiqə davam edir. Oyunçuların məqsədi bu müddətdə rəqib komandanın sahəsindəki səbətə daha çox top atmaqdır.
Oyunun qaydaları
• Basketbol matçı heç-heçə bitərsə, əlavə vaxt verilir. Əlavə vaxtın nəticəsi hansı komandanın qalib gələcəyini müəyyən edir.
• Komandanın hücum müddəti 24 saniyədir. Əgər top 24 saniyədən sonra səbətə atılmayıbsa və hələ də eyni komandadadırsa, vaxt bitmiş hesab olunur. Beləliklə, top rəqib komandaya keçir.
Qayda pozuntusuna görə cəzalar