Dinləmə
Müəllimin oxuduğu "Hazır yuva" mətnini dinləyin. Mətnə əsasən
cümlələri tamamlayın.
1. Qaranquşlar yuvalarını əl çatmayan
yerdə qururlar, çünki...
2. Qaranquşlar sərçələrə hücum çəkib
dimdiklədilər, çünki...
3. Mən çubuqla sərçələri qovurdum,
çünki...
2
Verilmiş plan əsasında mətnin qısa məzmununu danışın.
1. Qaranquşlar haqqında məlumat.
2. Sərçələrin qaranquşların yuvasına
hücumu.
3. Qaranquşların mübarizəsi.
4. Qaranquşların himayədarı.
3
Hansı atalar sözü mətnin ideyasını əks etdirir? Mətnə istinad
etməklə fikrinizi əsaslandırın.
A Qonşuya ümid olan
şamsız qalar.
B Tək əldən səs
çıxmaz.
C İşləməyən
dişləməz.
4
Oxuduğunuz "Qaranquş və Sərçə" və dinlədiyiniz "Hazır yuva"
mətnlərini mövzu, məzmun və ideya baxımından müqayisə edin.
5
"Qaranquş və Sərçə" və "Hazır yuva" mətnlərində sərçələr mənfi
obrazlardır. Bilgilərinizə əsasən onların müdafiəsi üçün nitq
hazırlayın.
6
Sizcə, nə üçün "qaranquş" və "sərçə" sözlərinin ilk hərfi "Hazır
yuva" mətnində kiçik, "Qaranquş və Sərçə" mətnində isə böyük
hərflərlə yazılmışdır?
Diqqət et!
Bədii əsərlərdə bəzən heyvanlar və cansız əşyalar şəxsləndirilir,
yəni onlar insanlara aid xüsusiyyətləri daşıyır: danışır, sevinir,
hirslənir və s. Bu zaman obrazların adlarının ilk hərfi böyük
yazılır. Məsələn: Aslan Ağcaqanadın zəif səsinə güldü.
7
"Hazır yuva" mətninin məzmununu elə yazın ki, sərçə və qaranquş şəxsləndirilsin.
Obrazların adlarının yazılışına diqqət edin.