- Bax belə eləmək lazımdır! - deyə Ana Sərçəyə öyrədirdi. -
Əvvəlcə gili divara yapışdırmaq lazımdır, sonra samanı gilə
yapışdırmaq lazımdır, sonra yenə gil, yenə də saman. Belə etsən,
yuvan çox möhkəm olar.
- Bilirəm, bilirəm! Burada qeyri-adi heç nə yoxdur! - deyə Ana
Sərçə cikkildədi.
- Bilməyinə bilirsən, ancaq yalnız bilmək ilə yuva tikə bilməzsən!
Bunun üçün gərək zəhmət çəkəsən. Mən işlədiyim qədər sən
işləməsən, məqsədinə çata bilməyəcəksən, - deyə Qaranquş ona cavab
verdi.
Nə anladın?
2
Mətnin məzmununa əsasən suallara cavab verin.
1. Qaranquş harada yuva qurmuşdu?
2. Nə üçün Sərçə bala üzünə həsrət
qalmışdı?
3. Sərçə Qaranquşdan nə xahiş etdi?
4. Qaranquş Sərçəyə yuva tikməyi necə
öyrətdi?
5. Qaranquşun Sərçəyə son sözü nə oldu?
Düşün və cavab ver
3
Qaranquş və Sərçəyə aid xüsusiyyətləri müəyyən edin. Mətnə istinad
etməklə fikrinizi əsaslandırın.
4
"Halva, halva" deməklə ağız şirin olmaz
atalar sözünün mənasını izah edin.
Sizcə, mətnin ideyasını bu
atalar sözü ilə ifadə etmək olarmı?
Qaranquşun hansı sözləri bu
atalar sözünə uyğundur?
5
Məlumat vərəqlərinə əsasən qaranquş və sərçəni müqayisə edin.
Onların yaşayış tərzlərində hansı fərqli xüsusiyyətlər var?
İnsan məskənlərinə yaxın yerlərdə yaşayır.
Binalardakı kiçik yarıqlarda yuva
qururlar.
Bəzən başqa quşların yuvalarında
da yaşayırlar.
•
Şəkillərə əsasən məlumat vərəqinə quşların zahiri görünüşü haqqında hansı
bilgiləri əlavə etmək olar?
6
Məlumat vərəqindəki hansı xüsusiyyətlər mətndə öz əksini tapıb?