Bir Qaranquş vardı. O, damın lap qırağında yuva qurmuşdu. Qonşuluqda isə Sərçənin yuvası var idi. Ona yuva demək olmazdı, sadəcə, daşların arasında yarıq idi.
Qaranquş hər il bala çıxarar, ovladığı həşəratlarla onları yemləyib böyüdərdi. Sonra da balalarına uçmaq və oxumaq öyrədərdi. Ana Sərçə isə ildə bir neçə dəfə yumurtlayar, amma bircə dəfə də bala çıxara bilməzdi. Ya dəcəl uşaqlar gəlib yumurtaları yuvasından götürər, ya da balaları pişik yeyərdi.
- Sən necə də xoşbəxtsən! Hər il bala çıxarırsan. Mən isə bala üzünə həsrətəm!
- Bunun təqsiri sənin özündədir, - deyə Qaranquş cavab verdi. - Əgər sən də möhkəm bir yuva qursaydın, onda nə uşaqlar, nə də pişik sənin balalarına dəyə bilərdi.
- Zəhmət olmasa, o cür yuva tikməyi mənə də öyrət, - deyə Ana Sərçə ondan xahiş elədi. - Yəqin ki, sən bunun sirrini bilirsən!
-Yaxşı, qonşu, mən sənə yuva qurmağı öyrədərəm, - deyə Qaranquş Sərçəyə dedi.
Onlar uçub gölün qırağına gəldilər. Qaranquş dedi:
- Qonşu, dimdiyinə bir az gil al, bax mənim kimi.
Cik-cik! Mən burada çətin bir şey görmürəm, - deyə Ana Sərçə cikkildədi.
Qaranquş heç nə demədi. Uçub yaşadıqları evin damına gəldi, bir parça gili divara yapışdırdı.
- Sən də belə elə! - deyə o yenə də Ana Sərçəyə məsləhət gördü.
- Görürəm, görürəm! - deyə Ana Sərçə cavab verdi. - Bunu eləməyə nə var. Mən də elə bilirdim ki, yuva tikməyinin bir sirri var! Onu elə hamı belə yapışdıra bilər də!
Qaranquş isə dimdiyində az-az gil gətirmək üçün dəfələrlə uçub gölə getdi. Lazımi qədər gil yığandan sonra saman dalınca getdi. Daha sonra yuvanı qurmağa başladı. Bir az gil götürüb divara yapışdırır, üstündən də saman yığır, sonra yenə gil qoyur, yenə də üstündən saman yapışdırırdı: