Yazı
Verilmiş sözləri kök və şəkilçiyə ayırın. Hansı şəkilçi yeni
mənalı söz yaradıb?
məktəbli
məktəbdən
Bunları bilməliyik
ŞƏKİLÇİLƏRİN NÖVLƏRİ. LEKSİK VƏ QRAMMATİK ŞƏKİLÇİLƏR
Leksik şəkilçilər sözə
qoşularaq yeni söz yaradır:
futbol - oyun,
futbolçu - futbol oynayan
idmançı
Qrammatik şəkilçilər sözə
artırıldıqda onun leksik mənasını dəyişmir. Bu şəkilçilər söz
birləşməsi və ya cümlədəki sözlər arasında əlaqə yaradır:
Aydının atası;Atam məni məktəbə
apardı və s.
2
İzahlara uyğun sözü müəyyən edin. Sözləri kök və şəkilçiyə ayırın.
1 Dərilmi
gülü qoymaq üçün müxtəlif formalı qab
2 Gül
əkməklə, gül becərməklə məşğul olan adam
3 Çoxlu gül
əkilmiş və ya gül açmış yer; çiçəklik
4 Üzərində
gül şəklində naxışlar olan
A güllük
B
güldan
C
güldan
Ç gülçü
3
Şəkilçilər artırmaqla cümlələri tamamlayın. Əlavə etdiyiniz
şəkilçilərin növünü müəyyən edin.
1. Zalda xeyli tamaşa... var idi.
2. Həlimə ləzzət... şorba
hazırlamışdı.
3. Nənə Solmaza naxış... corab
toxudu.
4. Bağ... həyətdəki güllər... qulluq
edirdi.
5. Sənan ingilis dili... yaxşı bilir.
6. Alma ağac., çiçək açmış....
Leksik şəkilçi artırmaqla düzələn sözlər
düzəltmə söz adlanır.
Düzəltmə sözlə sözün kökü arasında məna yaxınlığı olur.
Əla - ən yaxşı, ən yüksək.
Əlaçı - bütün fənlərdən ən yüksək qiymət
alan.
4
Verilmiş şəkilçiləri söz kökünə artırın, düzəltmə sözləri
müəyyənləşdirin.
bağ
-ça
-dan
-lar
böl
-mək
-gü
-əcək
qır
-dı
-ıq
-maq
çay
-ın
-çı
-da