2
Şəkillərə baxın. Plana uyğun nağıl qurub danışın.
Plan:
Giriş:
Ay nə üçün dərziyə müraciət edib?
Əsas hissə:
Ayın görünüşü necə dəyişdi?
Dərzi nə üçün təəccüblənir?
Dərzi nə haqda düşünür?
Nəticə
Niyə Ayın paltarı yoxdur?
İstifadə üçün sözlər:
• paltar tikmək,
• ölçü götürmək,
• kökəlmək,
• kiçik olmaq,
• təəccüblənmək,
• üzr istəmək,
• əsəbiləşmək,
• imtina etmə
3
Sizcə, bu nağılda insanlar hansı suala cavab tapmağa çalışmışlar?
4
"Niyə Ayın paltarı yoxdur?" nağılını dinləyin və aşağıdakı suallara cavab verin.
1. Nə üçün insanlar təbiət hadisələri haqqında nağıllar, əfsanələr uydururdular?
2. Hansı elmin inkişafı göy cisimləri haqqında fikirləri aydınlaşdırdı?
5
İnsanların inancına görə:
Qoz ağacının altında yatmazlar.
Qaranquşlar alçaqdan uçarsa, yağış yağar.
• Sizcə, bu inanclar nədən yaranmışdır?
Təxəyyülünüzə əsasən izah edin.
• İndi isə müəllimin səsləndirdiyi mətnləri
dinləyin və öz izahınızla müqayisə edin.