Nə anladın?
7
Mətnin məzmununa əsasən suallara cavab verin.
1. İlanlar insanda hansı hissləri
yaradır?
2. İlanlar, əsasən, nə ilə qidalanır?
3. İlanlar öz şikarını necə "hipnoz
edir"?
4. İlanların "oynamasının" səbəbi nədir?
Düşün və cavab ver
8
Bu mətni yazmaqda müəllifin məqsədi nədir? O, oxucunu öz fikrinə
inandırmaq üçün hansı arqumentlərdən istifadə edir?
9
Ardıcıllığı bərpa edərək mətnin tərkib hissələrinə aid plan tərtib
edin.
• İlanın ovçuluğu
• İlanda tütəyə qarşı refleks
• Fokusçunun məharəti
• İlanın yaratdığı hisslər
10
Mətni iki hissəyə ayırın və hər bir hissəni uyğun yarımbaşlıqla
adlandırın. Hissələrin hər birini 2-3 cümlə ilə ifadə edin.
Hər hansı bir təbiət hadisəsinin elmi izahını verin və bu haqda bildiyiniz nağıl və
ya hekayəni danışın.
Məsələn:
1. Çayın suyu niyə azalır?
2. Ay niyə müxtəlif formalarda
görünür?
3. Yarasa niyə gecələr ova çıxır?