Yazı
Verilmiş sözləri oxuyun. Sözlərdə təkrar olunan hissəni müəyyən
edin.
• kitablar, kitabxana, kitabdan
• bağlar, bağban, bağça
Bunları bilməliyik
SÖZÜN TƏRKİBİ: KÖK VƏ ŞƏKİLÇİ
Sözlər kök və şəkilçidən ibarət olur.
Kök ayrılıqda işlənə bilir və
leksik məna daşıyır.
Şəkilçi isə sözün ayrılıqda
işlənə bilməyən, leksik mənası olmayan hissəsidir:
təyyarə-
çi-lər
2
Verilmiş sözləri kök və şəkilçiyə ayırın.
şəhərdən, meyvələr, kəsici, meşəlik, aldı, oxucu
3
Dadlı sözündəki şəkilçini müəyyən edin. Həmin şəkilçini aşağıdakı
sözlərə artırın.
ağıl, ətir, duz, gül
Bunları bilməliyik
İKİ VƏ DÖRD CÜR YAZILAN ŞƏKİLÇİLƏR
Şəkilçilərin çoxu iki və dörd cür yazılır. Bu, sözün son saitindən
asılıdır.
İki cür yazılan şəkilçilər:
(tərkibində a,
ə saitləri olur)
kitabdan, dəftərdən
Dörd cür yazılan şəkilçilər:
(tərkibində ı, i, u, ü saitləri
olur)
atdı, gəldı, vurdu, güldü
Bu şəkilçilər ahəng qanuna uyğun olaraq dəyişir.
4
Uyğun şəkilçilər əlavə etməklə cümlələri tamamlayın.
1. Samir ev... tərəf get....
2. Arif dayı biz... xatirələr...
danış....
3. Nənə... mən... hədiyyə al....
4. Əli finiş... birinci çat....
5
Nümunəyə əsasən sözləri kök və şəkilçiyə ayırın. Şəkilçilərin neçə
cür yazıldığını müəyyən edin.
Nümunə
futbol-çu; -çı4
alıcı, üzür, gülmək, topu, gözəllik, başla