2
Müzakirə Sizcə, kitab oxumağı
həyat tərzinə çevirmək üçün nə etmək lazımdır?
3
Suallara cavab verməklə oxuduğunuz sonuncu kitab haqqında danışın.
• Nə üçün bu kitabı seçdiniz?
• Kitab müəllifinin başqa
əsərlərini oxumuşdunuzmu?
• Kitabın məzmunu
gözləntilərinizi doğrultdumu?
• Bu kitabı dostlarınıza tövsiyə
edərdinizmi?
4
Oxuya hazırlığın mərhələlərini düzgün ardıcıllıqla sıralayın.
A Məzmunla tanışlıq:
Annotasiyanı oxuyaraq kitabın qısa məzmunu ilə tanış olmaq.
B Kitabla ümumi
tanışlıq: Kitabın üzqabığına, müəllifin adına, illüstrasiyaya və
yarımbaşlıqlara diqqət etmək.
C Motivasiya: "Mən
bu haqda nə bilirəm, daha nələr öyrənmək istəyirəm?"
sualı ətrafında düşünmək.
Yazı
5
Aşağıdakı təlimata və nümunəyə əsasən oxuduğunuz kitablardan biri haqqında
annotasiya yazın.
Təlimat
1. Əsərin müəllifi haqqında qısa məlumat verin.
2. Əsərdəki hadisələr haqqında ümumi məlumat verin.
• Oxucunun diqqətini cəlb edəcək məlumatları əks etdirin.
• Hadisələrin sonluğunu qeyd etməyin.
Nümunə
Annotasiya
Süleyman Sani Axundov görkəmli Azərbaycan yazıçısı və pedaqoqudur. Onun əsərləri bu gün də
böyük maraqla oxunur.
"Qaraca qız" Süleyman Sani Axundovun oxucular tərəfindən çox
sevilən hekayələrindən biridir. Bu əsərdə ata-anasız böyüyən Tutu adlı
kimsəsiz bir qızla bəy qızı arasındakı dostluqdan danışılır. Zəngin ailədən
olan Ağca xanımın anası Pəricahan xanım bu dostluğa razı deyil.
Görəsən, Pəricahan xanım qızlar arasındakı dostluq münasibətlərini
pozmaq üçün nə edəcək? Bu dostluq münasibətləri davam edəcəkmi?
Əgər bu suallara cavab tapmaq istəyirsinizsə, hekayəni oxuyun.