Hərdən oxumaq istədiyimiz kitabların siyahısına baxır və
düşünürük: "Bunları oxumağa gör nə qədər vaxt lazımdır?!" Bəzən
bu səbəbdən oxumaqdan vaz keçirik. Bəs oxuyub anlamanı
sürətləndirmək mümkündürmü?
Əksər insanlar bir səhifəlik yazını 2 dəqiqəyə oxuyub
qavrayırlar. Lakin araşdırmalar göstərir ki, xüsusi məşqlər
hesabına oxu sürətini artırmaq olar. Aşağıdakı tapşırığı yerinə
yetirməklə siz öz oxu sürətinizi ölçə bilərsiniz.