Yazı
Verilmiş sözlərin düzgün yazılışını müəyyən edin. Lüğət vasitəsilə
yoxlayın.
akkord
aksesuar
ekspres
anket
kompüter
hobbi
yoxsa
akord
aksessuar
ekspress
anketa
kompyuter
xobbi
Bunları bilməliyik
ALINMA SÖZLƏRDƏ BƏZİ SAMITLƏRİN YAZILIŞI
Azərbaycan dilində bir çox sözlər var ki, Avropa dillərindən
alınmışdır. Bu sözlər çox zaman mənbə dildəkindən fərqli
yazılır. Həmin sözlərdən bəzilərinin yazılışına diqqət edək.
Düzgün |
Yanlış |
aptek |
apteka |
stres |
stress |
büro |
byuro |
hipnoz |
qipnoz |
dendrari |
dendrariy |
2
Uyğun hərfi əlavə edib sözləri köçürün. Lüğət vasitəsilə
dəqiqləşdirin.
e... ekt (f, yoxsa ff)
aqre...iya (s, yoxsa ss)
si...etriya (m, yoxsa mm)
ka...et (s, yoxsa ss)
herbar... (i, yoxsa iy)
Çukovsk... (i, yoxsa iy)
3
Lüğət vasitəsilə sözlərin düzgün yazılışını müəyyən edin: "a" ilə,
yoxsa "a"sız?
anketa,forma, kayuta, struktura, klaviatura, atmosfera, angina,
lenta, sfera
4
Cədvəldəki nümunələrə əsasən verilmiş sözlərin düzgün yazılışını müəyyən edin.
Düzgün |
Yanlış |
|
|
etüd |
etyud |
|
kompyuter, alyuminium |
stres |
stress |
|
konqress, ekspress |
teleqram |
teleqramma |
|
diaqramma, fonoqramma |
hobbi |
xobbi |
|
xokkey, xot-doq |
himn |
qimn |
|
qospital, qektar
|