Yazı
Sözlərdə nöqtələrin yerinə uyğun gələn hərfləri müəyyən edin.
1. Tə...arə
(y, yoxsa yy) çox alçaqdan
uçurdu.
2. Biz söz ehti...atına
(y, yoxsa yy) aid tapşırıqları
yerinə yetirdik.
Bunları bilməliyik
Y, yoxsa YY
Dilimizdə bəzi sözlər bir
y, bəziləri isə qoşa
yy ilə yazılır.
Belə sözlərin yazılışına diqqət etmək lazımdır.
2
Cümlələrdə fərqləndirilmiş sözlərin bəziləri səhv yazılmışdır.
Onların düzgün yazılışını lüğət vasitəsilə dəqiqləşdirin və
cümlələri köçürün.
1. Müəllim bizə maraqlı
hekayyə danışdı.
2. Fəridənin musiqi
qabiliyyəti ona uğur gətirdi.
3. Balaca qardaşım çox
şirniyat yeyir.
4.
Xeyriyə təşkilatı
ehtiyyacı olan şəxslərə kömək edir.
5. Məktəbimizdə şahmat dərnəyi
fəaliyyat
göstərir.
Bunları bilməliyik
M, yoxsa N
Söz ortasında səslənən
[m] samiti
bəzən "m", bəzən də "n" kimi yazılır.
Düzgün |
anbar |
şənbə |
kombayn |
tramvay |
Yanlış |
ambar |
şəmbə |
konbayn |
tranvay |
3
Nöqtələrin yerinə uyğun hərfi yazmaqla cümlələri köçürün.
1.
Tə...bələ iş buyur, o sənə ağıl
öyrətsin.
2. Bu il ölkəmizdə
oli...piya oyunları keçiriləcək.
3. Bağban həyətdə ağ
za...baqlar əkmişdi.
4. Nənəsi körpəyə cürbəcür
pa...bıq köynəklər tikdi.
5. Stolun üstündəki kiçik
la...pa
qaranlıq otağı işıqlandırdı.
4
Nöqtələrin yerinə uyğun hərfi yazaraq sözləri köçürün. Lüğət
vasitəsilə yoxlayın.
• tərbi...ə
(y,yoxsa yy)
• kəşfi...at
(y,yoxsa yy)
• şəxsi...ət
(y,yoxsa yy)
• çərşə...bə
(n, yoxsa m)
• sü...bül
(n, yoxsa m)
• a...bulans
(n, yoxsa m)