Düşün və cavab ver
4
Verilmiş xüsusiyyətlərin hansı obraza aid olduğunu
müəyyənləşdirin. Mətndən uyğun epizodları danışmaqla fikrinizi
əsaslandırın.
mehriban, lovğa, istiqanlı, acıdil, şirindil, kobud, qayğıkeş
5
"Qu quşu özünü eşitməzliyə vurdu. Sonra saymazyana oradan uzaqlaşdı
cümlələri baş qəhrəmanın hansı xarakterindən xəbər verir?"
6
"Tənha Qu quşu" mətninə əsasən cədvəli tamamlayın.
7
Qu quşuna hansı məsləhətləri verərdiniz? Məktub yazın və münasibətinizi
bildirin.
Məsləhət üçün aşağıdakı cümlələrdən istifadə edə bilərsiniz:
1. Kobudluq insanları uzaqlaşdırır.
2. Gözəlliyinlə öyünmə, daxili xüsusiyyətlərin gözəl olması daha
vacibdir.
3. Lovğalanma, çünki lovğa insanın dostu olmaz.
Sizcə, "Tənha Qu quşu" təmsilində özündənrazı, lovğa obrazı yaratmaq üçün niyə
məhz Qu quşu seçilib?
Əgər aşağıdakı mövzularda mətn yazsaydınız, hansı obrazları baş qəhrəman
seçərdiniz? Oxuduğunuz mətnlərdən nümunələr söyləməklə fikrinizi əsaslandırın.
1. Hiyləgərlik
2. Kobudluq
3. Tənbəllik