Tənha Qu quşu soyuqdan heykəl kimi hərəkətsiz qalmışdı. Gözlərini aça bilmirdi. Dostlar tez ona kömək etdilər. Qu quşunu aralarına alaraq qaçmağa başladılar. Qaçdıqca dostların nəfəsi onu isidirdi.
Nəhayət, Qu quşu gözlərini açdı. Sonra qanadlarını hərəkət etdirdi. O, təəccüblə soruşdu:
- Mənə nə olmuşdu?
- Deyəsən, günlərcə hərəkət etməmisən. Səni tapmasaydıq, dona bilərdin. Əgər sənin də dostun olsaydı, bu vəziyyətə düşməzdin.
Tənha Qu quşu bu sözləri eşidib utandı. Dostlardan lovğa hərəkətlərinə görə üzr istədi. Bu hadisə ona yaxşı dərs oldu. Ona görə də qazlarla dost olmağı qərara aldı. O gündən Qu quşu qazlarla birlikdə mehriban yaşamağa başladı.