Yazı
Sözlərdə nöqtələrin yerinə uyğun gələn hərfləri müəyyən edin.
qəhr... man (ə, yoxsa a)
müdr... k (ü, yoxsa i)
Bunları bilməliyik
SÖZLƏRDƏ BƏZİ SAİTLƏRİN YAZILIŞI
Sözlərdə bəzi saitlərin yazılışına diqqət etmək lazımdır.
Düzgün |
Yanlış |
pəhləvan |
pəhlivan |
2
Nöqtələrin yerinə uyğun hərfləri yazmaqla sözləri köçürün.
üf..q (i,ü)
müxb...r (i,ü)
müd...r (i,ü)
nəq...rat (ə,a)
həş...rat (ə,a)
həy...can (ə,a)
münb...t (i,ü)
ülv... (i,ü)
müh...t (i,ü)
3
Hansı cümlədəki fərqləndirilmiş söz düzgün yazılmışdır?
1. Məleykə
rəsim albomunu nənəsinə göstərdi.
2. Bu gün məktəbimizdə
rəsm sərgisi keçirildi.
Bunları bilməliyik
BİRHECALI, YOXSA İKİHECALI SÖZ
Bəzi sözlərin sonunda iki samit yanaşı gələndə həmin sözlərin
deyilişi və yazılışı fərqlənir. Belə sözlərin yazılışına
diqqət etmək lazımdır.
4
Fərqləndirilmiş sözlərin mənasını və düzgün yazılışını müəyyən
edərək cümlələri köçürün.
1. Nərmin şahmat dərnəyinə
üzüv olmuşdu.
2. Bu gün əməksevərlik mövzusunda
mətin oxuduq.
3. Bu, Samirin həyatında ən xoşbəxt
dövür idi.
5
Sözün izahını oxuyun. Hansı cümlədə fərqləndirilmiş söz düzgün
yazılmışdır?
1. əmr- göstəriş, hökm
2. əmir - ölkənin başçısı; hökmdar
A Əmir Teymur şairi sarayına dəvət etdi.
B Hökmdar
qoşununa əmir etdi.