təxəyyül - xəyalında təsəvvürə gətirmə, yaradıcılıq fantaziyası.
təkan - hər hansı bir işi həyata keçirməyə sövq edən hadisə.
tələ - başqasını aldatmaq və zərərsizləşdirmək üçün hiylə, qurğu.
təmir - xarab olmuş, dağılmış, sökülmüş yeri və ya əşyanı düzəltmə,
qaydaya sal ma.
təmkinlə - soyuqqanlılıqla, özünü itirmə yərək, halını
pozmadan.
tənzimləmək - nizama salmaq, qaydaya salmaq.
təzyiq -öz ağırlığı,təsir qüvvəsi ilə basma, sıxma; basqı.
tor - hörümçəyin ifraz etdiyi yapışqanlı şi rədən əmələ gələn
çarpaşıq nazik tellər.
ünsiyyət - qarşılıqlı münasibət, əlaqə, ya xınlıq.
ürkütmək - qorxutmaq, qorxmasına səbəb olmaq.
valeh etmək - heyran etmək, məftun et mək.
valeh olmaq- heyran olmaq, məftun ol maq, vurulmaq.
veyillənmək - heç bir iş görməyərək boş-boş gəzmək.
vəsiyyət - bir şəxsin ölüm ayağında öz övladına, yaxınlarına
verdiyi tapşırıq, son sözü.
vəzi - bir çox canlılarda müəyyən maddə lər hazırlayan
orqanlar.
yaramaq -faydası olmaq, uyğun gəlmək, yararlı olmaq.
yarıq - yarılıb açılmış yer.
yasaq - qadağan, icazə verilməyən.
yeganə - bircə,tək, yalnız, vahid.
yorğun -yorulmuş, üzgün.
zəka - bir şeyi tez anlama, qavrama qabi liyyəti; ağıl, zehin.