müəyyən olunmaq - aydınlaşmaq, təyin
olunmaq, dəqiqləşmək.
mühərrik - bir şeyi hərəkətə gətirən
mexanizm, motor.
mükəmməl - heç bir qüsuru, nöqsanı
olmayan; əla.
mülk-kiməsə məxsus olan torpaq
sahəsi,
malikanə.
münasib-uyğun, müvafiq, yaraşan.
müsahibə - iki və ya bir neçə adam
arasında gedən söhbət, danışıq.
mütaliə-oxuma, qiraət.
narazılıq - bir şeyə mənfi münasibət,
razılaşmama, inciklik.
nəqliyyat - adamların və yüklərin
daşınması; daşıma üçün nəzərdə tutulan vasitələrin (avtomobil,
qatar, gəmi,
təyyarə və s.) məcmusu.
nəticə- nəvənin uşağı.
nicat -qurtuluş,xilas, azad olma.
nohur-su yığılmış çökək yer,
gölməçə.
palıd - qoza şəklində meyvəsi olan,
möhkəm oduncaqlı, iriyarpaqlı ağac.
paralimpiya - fiziki məhdudiyyətli
insanların iştirak etdiyi yarışlar.
pətək - bir-birinə yapışmış xırda
gözcüklərdən ibarət arı yuvası.
piştaxta - mağazada satıcı ilə alıcını
bir-birindən ayıran xüsusi stol.
redaktor - hər hansı bir yazıda
səhvləri
düzəldən, mətni təkmilləşdirən mütəxəssis.
refleks -orqanizmin qıcıqlanmalara
qarşı
verdiyi cavab-reaksiya.
rəqib-idman yarışlarında qarşı
tərəf.
rəvan-aydın, asan oxunulan və
anlaşılan.
rubrika - qəzet, jurnal və s.-də
müntəzəm
təkrarlanan bölmə və guşələr.
ruhani -din xadimi.
ruhdan düşmək - həvəsi olmamaq,
bədbinləşmək.
rütubət - hər hansı mühitdə suyun
miqdarı.
sahə - müəyyən məqsəd üçün ayrılan
açıq yer.
saman -taxıl təmizləndikdən sonra
qalan
çöpşəkilli hissəciklər.
saymazyana - etinasızlıqla, diqqət
yetirmədən.
sehrbaz -ovsunçu,gözbağlayıcı.
səmt - tərəf, yön, istiqamət.
sifariş etmək - bir şey hazırlamağı
tapşırmaq.
sinə gərmək - özünü qorxmadan
qabağa
vermək.
suvamaq -divarı qum və su ilə
qatışıqdan
ibarət tikinti məhlulu ilə malalamaq.
sükut - heç bir səsin
olmaması,sakitlik.
sürfə - həşərat, cücülərin ilk inkişaf
mərhələlərindən biri.
şan - balı saxlamaq və toxum tökmək
üçün arıların pətəkdə mumdan düzəltdikləri gözcüklər.
şeyxülislam - müsəlmanların dini
işlərinə
baxan baş ruhani.
şəfqət bacısı - hərbi hospitalda
yaralılara
qulluq edən tibb bacısı.
şığımaq - sürətlə hədəfə hücum
etmək,
üzərinə atılmaq.
şikar - ovlanan heyvan, quş.
şikayət etmək - narazılığını
bildirmək, giley-güzar etmək.
tala - meşədə ağacsız, çılpaq yer;
açıqlıq.
tarixçə - bir şəxs və ya hadisə ilə
bağlı əhvalat.
tavan -otağın üst örtüsü.
təəssüflə - heyifsilənərək,
kədərlənərək,
acıyaraq.