Hadisələrin ardıcıllığını müəyyən edərək "Futbol topu" mətninin
qısa məzmununu danışın.
A Adil dərman
alıb uşağa verdi.
B Sinfin
oğlanları dərsdən sonra futbol oynamağı planlaşdırdılar.
C Top almağı
Adilə etibar etdilər.
Ç Adil mağazanın
yanında balaca qızla rastlaşdı.
D Yeni futbol
topu almaq üçün pul topladılar.
E Adil idman
malları mağazasına yollandı.
Düşün və cavab ver
2
Sizcə, "Futbol topu" mətninin baş qəhrəmanı kimdir? Fikrinizi
əsaslandırın.
3
Sizcə, nə üçün mətnin sonunda saatın beş olduğu vurğulanır?
4
Mətndə hansı epizodlar Adilə aid aşağıdakı xüsusiyyətləri əks
etdirir?
həssas mərhəməti
5
Müzakirə. Adilin futbol topu üçün
yığılmış pulu başqa məqsədlə xərcləməyə haqqı var idimi?
A Haqqı var idi.
B Haqqı yox
idi
6
Sizcə, bu mətni bitmiş hesab etmək olarmı? Mətni təxəyyülünüzə
uyğun davam etdirin.
Yazı
7
Adilə məktub yazın. Onun hərəkətlərinə münasibət bildirin
Təlimat
Unutmayın, şəxsən tanış olmadığınız adama məktub yazarkən əvvəlcə
özünüzü təqdim etməlisiniz. Daha sonra məktubunuzun məqsədi
haqqında məlumat verməlisiniz.