görünməz - görünməyən, açıqda olmayan, gizli.
gövdə - ağacın və ya kolun üstündə bu
daqlar bitən yerüstü əsas hissəsi.
göz gəzdirmək-ətrafa baxmaq, nəzər salmaq.
güdmək - gizlicə birinə baxmaq, gözdən
qoymamaq; gözləmək.
günahlandırmaq-günahkar saymaq, təqsirkar hesab etmək.
heç-heçə- müxtəlif oyunlarda hər iki tərəf
üçün uduşsuz və məğlubiyyətsiz hesab
edilən vəziyyət.
heyət - hər hansı bir kollektivi təşkil edən
adamlar toplusu; tərkib.
hədər - boş-boşuna, əbəs, heç bir nəticə
verməyən; mənasız, faydasız.
həmsöhbət - birisi ilə söhbət edən; müsahib.
həsrət - bir şeyi görmək, qovuşmaq arzusu.
hönkürmək-uca səslə, hıçqıra-hıçqıra ağlamaq.
hörmək - kərpici, daşı palçıqla bir-birinə
yapışdırmaq.
hücrə - binada və ya hər hansı qapalı məkanda otaqlardan, gözlərdən
biri.
xətər-ziyan, zərər.
ixtira - keçmişdə məlum olmayan yeni bir
şey tapma, yaratma; icad.
imtina etmək - boyun qaçırmaq, razılaşmamaq, istəməmək, rədd
etmək.
inkişaf- irəliləmə, yüksəlmə, kamilləşmə,
tərəqqi.
istehsal-məhsul hazırlama.
istehsal etmək - hazırlamaq, hasil etmək,
ərsəyə gətirmək.
kələ-kötür-üstü hamar olmayan; girintili-çıxıntılı, əyri-üyrü.
kifayət - yetəri qədər,kafi,bəs olma.
kütləvi - 1. külli miqdarda, geniş miqyasda. 2. geniş kütlə üçün görülən, xalq
üçün edilən.
qamışlıq -çoxlu qamış bitən yer.
qarət - kiminsə var-yoxunu zorla əlindən
alma;talan.
qəlbinə toxunmaq - küsdürmək, inciməsinə səbəbolmaq.
qərara almaq-qəti bir fikrə gəlmək.
qət etmək - müəyyən məsafəni keçmək,
yol getmək.
qəzəblənmək - çox hirslənmək, acığı tutmaq, özündən çıxmaq.
quldur - başqasını qarət edən adam; yolkəsən, soyğunçu.
qüdrət-güc, qüvvət, bacarıq.
lağ eləmək - ələ salmaq, istehza etmək,
məsxərəyə qoymaq.
lağım -yeraltı yol, tunel.
lokomobil - buxar mühərriki ilə işləyən
maşın.
lovğa - özü haqqında böyük fikirdə olan,
özünü tərifləyən;təkəbbürlü.
lövhə - müxtəlif məqsədlər üçün işlənən
hamar səthli taxta, metal və s. parçası.
maşa -ocaqdan od və ya qızmar bir şeyi götürmək üçün metal alət.
məqalə-jurnal və ya qəzetdə dərc olunan
yazı.
mənbə- informasiya əldə etmək üçün müraciət olunan əsər, sənəd və s.
mənəvi-insanın daxili, ruhi aləmi ilə bağlı
olan.
mum - bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə.
müdafiəçi - futbol, hokkey və b. oyunlarda, rəqib hücumunun qarşısını alan
adam; qoruyucu.