acıdil-kobud danışan,
acı sözlər deyən.
aramsız-fasilə vermədən,
arası kəsilmədən, durmadan.
arx-tarlaya, bostana və s.-yə su
axıtmaq üçün açılan yol.
artilleriya-topçulardan ibarət qoşun
növü.
aut - bəzi idman oyunlarında topun
meydançanın hüdudlarından kənara çıxması.
azarkeş - hər hansı idman növünün və
ya idmançının qızğın həvəskarı.
azmaq - yolu itirmək, doğru yoldan
çıxmaq,yanılmaq.
bəmbəyaz -ağappaq.
bənd - suyun (çayın, arxın, kanalın)
qabağını almaq üçün çəkilən sədd.
bərpa etmək-təzədən düzəltmək, əvvəlki
halına salmaq.
boya-başa çatmaq - böyümək,
yetişmək.
boylanmaq - boynunu uzadıb ətrafa
baxmaq.
buxar-qızdırılarkən sudan vəya başqa
bir mayedən çıxan dumanabənzər qaz, buğ.
cəhd etmək - çalışmaq, səy göstərmək,
can atmaq.
çaxnaşma - qarışıqlıq, həyəcan, təlaş,
vəlvələ.
çəllək - əsasən taxtadan düzəldilən silindrşəkilli, lakin ortası enli iri qab.
çimdikləmək - birisinin dərisindən
tutub sıxmaq, incitmək.
dayaq- üzərində birşey bərkidilmək
üçün düzəldilmiş ağac və ya metal dəstək.
dərc - qəzetdə və ya jurnalda çap edilmək.
dəyər -qiymət, ləyaqət, keyfiyyət.
dimdikləmək - dimdiyi ilə vurmaq,
dişləmək, döymək.
dirək - bir şeyi saxlamaq üçün altına
vurulan tir, sütun, dayaq.
diyirlətmək - dəyirmi əşyanı
yuvarladaraq hərəkət etdirmək.
dizayner - kitabın, qəzetin və ya hər
hansı bir məkanın bədii tərtibatını verən mütəxəssis.
donub qalmaq - gözlənilməz bir
hərəkətdən və ya xəbərdən bərk təsirlənmək, heyrətlənmək,
təəccüblənmək.
dövr - vaxt, zamanın bir hissəsi.
duruxmaq - özünü itirmək, fikrə
getmək, tutulmaq, çaşıb qalmaq.
duyum - bir şeyi hiss etmək, duymaq
bacarığı.
dünyagörüşü - həyat, təbiət və
cəmiyyət haqqında bilik və düşüncələr.
dünyaya göz açmaq - doğulmaq.
düzbucaqlı - bütün bucaqları düz bucaq
olan paraleloqram.
etibar etmək - inanmaq, etimad
etmək.
eyham - birbaşa deyil, üstüörtülü
şəkildə ifadə olunan fikir; işarə.
əl-ayağa düşmək - həyəcanlanmaq,
narahat olmaq, təlaşa düşüb işi tez həll etməyə çalışmaq.
ələ salmaq - dolamaq, oynatmaq, rişxənd
etmək.
əyləc - maşını, qatarı saxlamaq
mexanizmi; tormoz.
fağır - yazıq, məzlum; kasıb.
gəmirici - kəsici dişləri yaxşı
inkişaf etmiş heyvanlar dəstəsi.
gil - yaş halda plastik kütləyə çevrilən torpaq.