7
Nöqtələrin yerinə müvafiq köməkçi nitq hissəsi yazmaqla cümlələri
tamamlayın. Əlavə etdiyiniz sözün cümlədəki qrammatik funksiyasını
müəyyənləşdirin.
amma, deyəsən, əvvəl, bəs
1 Gülarə sinfə
hamıdan ... daxil oldu
2 Xəyalə
büdrədi,... yıxılmadı.
3 ... demişdin
bizi teatra aparacaqsan?
4 ..., sizi gözləyə bilməyəcəyəm.
8
Hansı cümlələrdə fərqləndirilmiş sözlər zərf kimi işlənib?
1. a) Gecə
yağış yağırdı.
2. a) Doğru söz acı
olar.
3. a) Gülay gözəl
rəqs edir.
4. a) Zalda xeyli
tamaşaçı var idi.
.
b) Gecə keçir, gözümə yuxu getmirdi.
b) Deyəsən, bu adam doğru danışır axı!
b) Səidə gözəl don geyinmişdi.
b) Bu gün xeyli işləmişəm.
9
İşarə əvəzliyi işlənmiş cümlələri müəyyən edin. Həmin əvəzlikləri başqa
cümlələrdə işlədin.
1. Həmin kitabı sənə mən vermişdim.
2. Zeynəb bu müsabiqədə iştirak edəcək.
3. Düşünürəm ki, sən də belə oxuya bilərsən.
4. Elə danışırdı ki, hamı sakitcə onu dinləyirdi.
5. Belə tapşırıqları həvəslə yerinə yetirirəm.
10
Yalnız mübtəda və xəbəri saxlamaqla cümlələri köçürün.
1. Tural cəsarətlə sınıq körpünün üstündən çayın o tərəfinə keçdi.
2. Kaş mən də onun kimi rəqs etməyi öyrənəydim.
3. Bu gün İstanbula uçan təyyarə bir az gecikir.
4. Biz həmin küçədə yaşayırıq.
5. Bu gün dəniz həmişəkindən daha çox dalğalıdır.
11
Şeir misralarında söz sırasını bərpa etməklə cümlələri köçürün.
1. İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
(Nizami Gəncəvi)
2.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.
(Nizami Gəncəvi)