Yazı
Verilmiş sözlərdən söz birləşmələri yaradın və cümlədə işlədin.
ev, qapı;
quş, qanad;
ayaqqabı, ip;
günəş, şüa;
yazıçı, əsər;
araba, təkər.
2
Cümlələrdə mübtəda və xəbəri müəyyən edin.
1. Nənəm bayram süfrəsi açmışdı.
2. Binanın qarşısında üçrəngli bayrağımız dalğalanırdı.
3. Komandanız yarışa ciddi hazırlaşmalıdır.
4. Polis sənədləri yoxlayırdı.
5. Xəstənin vəziyyəti gündən-günə yaxşılaşırdı.
3
Hansı cümlədə mübtəda və xəbər mütləq uzlaşmalıdır?
A Qaranquşlar eyvanda yuva qurmuşdu.
B Qızlar çəmənlikdə çiçək toplayırdı.
C Gəmilər limanda sıra ilə düzülmüşdü.
D Güllərin arasında arılarvızıldaşırdı.
4
İkinci dərəcəli üzvlər əlavə etməklə cümlələri genişləndirin.
1. Xədicə oxuyurdu.
2. Quşlar cəh-cəh vururdu.
3. Biz topladıq.
4. Qardaşım idmançıdır.
5. Saat işləmirdi.
5
Düzgün söz sırası olan cümləni müəyyən edin
1. El bir olsa, dağ oynadar yerindən.
2. Elmin gücü yıxar bürcü.
3. Doğru yalanı qovar
6
Şeirin hansı misralarında söz sırası pozulub. Həmin cümlələri düzgün
söz sırası ilə yazın.
Çox yatma, dur, a tənbəl,
Yatsan, olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.
(Abbas Səhhət)