"Badisəba ana" mətnini dinləyin. Aşağıdakı suallara cavab verin.
1. Nəyə görə mətndə Badisəba xanıma "ana" deyilir?
2. Badisəba xanım kimdən təhsil alıb?
3. Nə üçün Badisəba xanım kimsəsiz uşaqlar üçün məktəb açmaq
istəyirdi?
4. Badisəba ana hansı ilkə imza atır?
2
Badisəba xanım haqqında oxuduğunuz və dinlədiyiniz mətnlərə istinad etməklə
aşağıdakı fikirləri əsaslandırın.
1. Badisəba xanım xeyirxah insan olub.
2. O, maarifçi qadın kimi tarixdə iz qoyub.
3. Badisəba xanım ilkə imza atan Azərbaycan qadınıdır.
4. O, təhsilin inkişafı uğrunda mübarizə aparıb.
3
Məlumat vərəqindən istifadə edərək mətni genişləndirib danışın.
BADİSƏBA KÖÇƏRLİ
Doğum yeri: Qazaxın Salahlı kəndi
Doğum tarixi: 1881-ci il
Həyat yoldaşı: Firidun bəy Köçərli
Fəaliyyəti: müəllim
Təhsili: 1920-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda
təhsil alıb.
Mükafatları:
"Şərəf Nişanı" ordeni;
"Qafqazın müdafiəsinə görə" medalı;
"Azərbaycan SSR Əməkdar müəllimi" fəxri adı
Vəfat tarixi: 1954-cü il
(1881-1954)
4
Qruplarla iş. Aşağıdakı plana əsasən Azərbaycanın tarixində iz
qoymuş qadınlar
haqqında informativ xarakterli mətn yazın.
1. Adı, doğum tarixi
2. Fəaliyyəti
3. Xarakterindəki əsas cəhətlər
4. Bu cəhəti təsdiq edən əsas hadisələr