(Məşədi İbrahim bir az susur, ətarfındakılara nəzər salıb sözünə davam edir.)
Məşədi İbrahim: Hamınız bilirsiniz ki, Qazaxda mənim ikimərtəbəli, 17 otaqlı
mülküm var. Əgər Qazaxda seminariya açılacaqsa, qoyun bu mülkdə olsun.
Badisəba xanım (fəxrlə): Mən bilirdim ki, millətimizin gələcəyini düşünən xeyirxah
insanlarımız var. Qazax Müəllimlər Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin,
maarifin inkişafına böyük təkan verəcək. Bu işdə sizin də payınız olacaq.
Söz ehtiyatı
5
"Söz mücrüsü"ndən izahlara uyğun sözləri seçin
1. Ciddi surətdə, özünü itirməyərək, soyuqqanlılıqla, öz halını
pozmadan.
2. Aciz, yazıq, dinc, sakit.
3. Qurtuluş, xilas; azad olma, qurtulma.
4. Susma, danışmama, dinməmə; sakitlik.
5. Kədərlənərək, heyifsilənərək.
6
Mətnə əsasən "nicat yolu" ifadəsinin mənasını təxmin edin.
Nə anladın?
7
Mətnə əsasən suallara cavab verin.
1. Hadisələr harada baş verir?
2. Badisəba xanımın kəndin ağsaqqalları ilə görüşməsinə səbəb nə
idi?
3. Hansı obrazın nitqində kənd camaatının Badisəba xanıma münasibəti əks
olunub?
4. Mətndə Badisəba xanımın hansı xeyirxah işləri haqqında danışılır?
8
Mətnin hansı cümlələrində hadisələrin baş verdiyi yer, obrazların hərəkəti,
hiss-həyəcanlarının təsviri verilib? Həmin cümlələri seçib oxuyun.
Düşün və cavab ver
9
Sizcə, həmin dövrdə Azərbaycanda təhsilli insanların sayının azlığı nə ilə əlaqədar
idi? Qazax Müəllimlər Seminariyasının açılması bu problemi həll edə biləcəkdimi?
10
Nəyə görə mətn "Tək əldən səs çıxmaz" adlandırılıb? Bəs siz mətni necə
adlandırardınız?
11
Mətndə Badisəba xanımın hansı xüsusiyyətləri ön plana çəkilib? Uyğun epizodları
danışmaqla fikrinizi əsaslandırın.