3
|
A
|
Sizcə, "Ya eşşək ölər, ya şah" ifadəsi hansı situasiyalarda deyilir?
|
B
|
Aşağıdakı rəvayəti oxuyun. Sonda Şah İsmayılın sözlərinə diqqət edin. Sizcə, bu
ifadəni hansı situasiyada işlətmək olar?
|
C
|
Aşağıdakı məsəllərin tarixi ilə bağlı mətnləri dinləyin. Çərçivədə verilmiş kiçik
mətnləri uyğun məsəllə tamamlayın.
A) Bağda ərik var idi... B) Saqqızımı oğurladın C) Əqrəbin adəti
sancmaqdır.
|
1) |
Bir dəfə supermarketdə Günay sevimli şokoladını görüb anasından onu almağı xahiş
etdi. Anası dedi ki, çox şirni yemək sağlamlığa ziyandır. Günay anasını qucaqlayıb
pıçıldadı: "Ana, nə olar, yalnız bunu..." Ana gülümsəyib şokolad qutusunu zənbilə
qoydu və dedi: "Yaman hiyləgərsən ha,..."
|
2) |
Anarın sürətli skuteri var idi. Həyətdə uşaqlar sürmək istəyəndə verirdi, heç vaxt
paxıllıq etmirdi. Ona görə də bütün uşaqlar Anarla dost olmağa çalışırdı. Xüsusilə
də Aydın həyətə düşəndə yanından ayrılmırdı. Birgün o,skuterini rayonda yaşayan əmisi
oğluna bağışladı. Ertəsi gün həyətə düşəndə Aydın ona yaxınlaşmadı. Sanki heç Anarı
tanımırdı. Anar öz- özünə dedi: "Həəə,..."
|
3) |
Azər acıdil oğlan idi, tez-tez kinayəli sözlərlə sinif yoldaşlarının xətrinə dəyir,
onları ələ salırdı. Bir dəfə Aygül qərara gəldi ki, onu tərbiyə etsin. Səhər
görüşəndə mehribancasına dedi: "Salam, Azər. Necəsən?" Azər yenə kobud cavab verdi:
"Sənə nə var, həkimsən?" Bunu eşidən Nəcəf Aygülə dedi: "Fikir vermə,..."
|
Ç
|
Sizcə, "Əli aşından da oldu, Vəli aşından da" ifadəsi necə yaranıb?
Bu haqda bir tarixçə düşünüb yazın.
|