B
|
Mətndən çıxış edərək "beynəlxalq ticarət" ifadəsini izah edin.
|
C
|
Mətndə fərqli rənglərlə verilmiş "arşın" sözünün işləndiyi cümlələri oxuyun.
Hansı cümlədə bu söz "ölçmə aləti", hansılarda "uzunluq ölçü vahidi"
mənasında işlənmişdir?
|
Ç
|
Hökmdarlar nə üçün arşın alətindən istifadə etməyə qərar verdilər?
|
D
|
Hansı arşının uzunluğu daha çox idi?
A) türk memar arşını B) rus arşını C) türk çarşı arşını |
E
|
Hər xalqın öz arşınının olması hansı çətinliyi yaradırdı?
|
Ə
|
Təsəvvür edin ki, parça satanın qolu uzun, alanın qolu qısadır. Parçanı kimin
ölçməsi satıcıya sərfedər: özünün, yoxsa alıcının?
|
2
|
A
|
Qeyd götürməklə "Qədim ölçü vahidləri" adlı mətni dinləyin.
Dinlədiyiniz məlumatlar əsasında suallara cavab verin. 1. İki qulac təxminən neçə metrə bərabərdir? 2. Hansı daha böyükdür: iki arşın bir qarış, yoxsa bir qulac iki qarış? 3. Hansı ölçü vahidi yarım kiloqramdan az çəkini göstərir? |
B
|
Dinlədiyiniz mətndəki məlumatlara və cədvələ əsasən "Qədim çəki vahidləri"
adlı informativ mətn yazın.
|
Qədim ölçü
vahidinin adı |
Müasir ölçü vahidləri ilə
qarşılığı
|
Əlavə məlumat
|
Misqal |
4,26q |
Daha çox zərgərlik və
boyaqçılıq işlərində istifadə olunurdu. |
Batman |
8 kq |
Girvənkədən böyük ölçü vahidi idi.
Belə ki, 1 batman 20 girvənkəyə bərabər idi. |
Pud |
Təxminən 16 kq |
40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. |