Dil qaydaları |
NİTQ HİSSƏLƏRİ |
3
|
A
|
Fikirlərin düzgün, yoxsa yanlış olduğunu müəyyənləşdirin. Qaydaları nümunələrlə izah
edin.
1. Ümumi isimlər həmişə böyük hərflə yazılır. 2. Sifət əlamət və ya keyfiyyət bildirən sözdür. 3. Varlığın rəngi onun keyfiyyətini bildirir. 4. Roma rəqəmləri ilə miqdar sayları göstərilir. 5. Bəzi ümumi isimlər xüsusi isim kimi də işlənə bilir. 6. Bəzən feillər şəxsə və kəmiyyətə görə dəyişmir. |
B
|
Verilmiş sözləri cədvəl üzrə qruplaşdırıb yazın.
maraqlı, nazik, göbələk, biz, səmimi, boylan, onuncu, xeyirxah, cəld, bahar,
meşə, bir az, sakitləş, yüz, dinlə, bu, dünən, çox, dəniz, həmin, irəli
|
C
|
Cümlələrdəki fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən
edin.
|
Ç
|
Sözlər arasındakı qanunauyğunluğu müəyyən edin və tamamlayıb köçürün.
1. qupquru, tünd-göy, ən yaxşı, dümağ,... (sarımtıl / sapsarı) 2. göyümtül, turştəhər, açıq-yaşıl, bozumtul,... (upuzun / uzunsov) |
D
|
Cümlələrdəki köməkçi nitq hissələrini müəyyən edin.
1. Quşun səsi lap yaxından gəlirdi. 2. Səhərə kimi yağış yağdı. 3. Anar tezdən durmuşdu, ancaq yenə dərsə gecikmişdi. 4. Deməli, biz qalib ola bilərik? 5. Bəh-bəh, necə həzin səsi var! |
E
|
Nöqtələrin yerinə uyğun köməkçi nitq hissələrini əlavə edərək cümlələri köçürün.
1. Danışmazdan ... yaxşı-yaxşı düşün.
2. Bu işi... sənə tapşıra bilərəm. 3...., oyun başa çatdı. 4. Bu kitabda təyyarə ... gəmilərə aid məlumat var. |